Yuxarı

İtaliya XİN-in baş katibi Azərbaycana səfər edəcək

İtaliya XİN-in baş katibi Azərbaycana səfər edəcək
Elizabetta Belloni Bakıda Azərbaycan XİN-də bir sıra görüşlər keçirəcək

Bakı. 10 aprel. REPORT.AZ/ İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Elizabetta Belloni aprelin 11-də Azərbaycana işgüzar səfər edəcək.

İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, E.Belloni Bakıda Azərbaycan XİN-də bir sıra görüşlər keçirəcək.

Görüşlər zamanı siyasi dialoq, ikitərəfli əlaqələrin perspektivləri, energetika məsələləri müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi