Yuxarı

İsveçrə Azərbaycanla uzunmüddətli əməkdaşlığı hədəf seçib

İsveçrə Azərbaycanla uzunmüddətli əməkdaşlığı hədəf seçib

© Report / Firi Salim — İsveçrənin Azərbaycandakı səfirliyinin Beynəlxalq əlaqələr departamentinin əməkdaşı Simon Haeberli

Bakı. 1 mart. REPORT.AZ/ İsveçrə Azərbaycanla uzunmüddətli əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə İsveçrənin Azərbaycandakı səfirliyinin Beynəlxalq əlaqələr departamentinin əməkdaşı Simon Haeberli mətbuat konfransında bildirib.

"Azərbaycanın iqtisadi inkişafı və regionda sabitliyin möhkəmləndirilməsi fonunda Azərbaycana yardım göstərmək siyasətini uzunmüddətli əməkdaşlığın inkişafı ilə dəyişmək niyyətindəyik. İqtisadi sahəyə, o cümlədən makroiqtisadiyyata və özəl sektorun inkişafına dəstək göstərilməsinə daha çox diqqət ayırmaq istəyirik", - o deyib.

Diplomat həmçinin qeyd edib ki, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində əməkdaşlığı daha da dərinləşdirmək vacibdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi