İsveçrə Azərbaycanla uzunmüddətli əməkdaşlığı hədəf seçib

İsveçrə Azərbaycanla uzunmüddətli əməkdaşlığı hədəf seçib Bakı. 1 mart. REPORT.AZ/ İsveçrə Azərbaycanla uzunmüddətli əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Xarici siyasət
1 Mart , 2019 15:39
İsveçrə Azərbaycanla uzunmüddətli əməkdaşlığı hədəf seçib
İsveçrənin Azərbaycandakı səfirliyinin Beynəlxalq əlaqələr departamentinin əməkdaşı Simon Haeberli / Report / Firi Salim

Bakı. 1 mart. REPORT.AZ/ İsveçrə Azərbaycanla uzunmüddətli əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə İsveçrənin Azərbaycandakı səfirliyinin Beynəlxalq əlaqələr departamentinin əməkdaşı Simon Haeberli mətbuat konfransında bildirib.

"Azərbaycanın iqtisadi inkişafı və regionda sabitliyin möhkəmləndirilməsi fonunda Azərbaycana yardım göstərmək siyasətini uzunmüddətli əməkdaşlığın inkişafı ilə dəyişmək niyyətindəyik. İqtisadi sahəyə, o cümlədən makroiqtisadiyyata və özəl sektorun inkişafına dəstək göstərilməsinə daha çox diqqət ayırmaq istəyirik", - o deyib.

Diplomat həmçinin qeyd edib ki, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində əməkdaşlığı daha da dərinləşdirmək vacibdir.

Son xəbərlər

Orphus sistemi