Yuxarı

İsveçrə Kantonlar Şurasının sədri: "Azərbaycanda yaradılan infrastrukturdan böyük təəssürat aldım"

İsveçrə Azərbaycanla əlaqələri dərinləşləşdirməkdə maraqlıdır

“Azərbaycanda yaradılan infrastrukturdan böyük təəssürat aldım. Ölkədə müxtəlif sahələrdə bir çox layihə və islahatlar həyata keçirilir”.

Bunu “Report”a İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye deyib.

O, Azərbaycanla ölkəsi arasında bir çox bənzərliklər olduğunu dilə gətirib: “Siz də, biz də böyük güclərin əhatə etdiyi kiçik ölkəyik. Buna baxmayaraq, iqtisadi qüdrətimiz hesabına müstəqilliyimizi qoruyub saxlamağı bacarırıq. Azərbaycan bizim üçün dost ölkədir. Aramızdakı münasibətlər uzun illərdir qurulur, daha da parlaq olması üçün əllərimizdən gələni əsirgəmirik”.

İsveçrəli qonaq Azərbaycanla bütün sahələrdə, o cümlədən parlamentlər səviyyəsində əlaqələri dərinləşdirməkdə marqlı olduqlarını qeyd edib: “İki ölkə arasında parlamentlərarası dostluq qrupu var. Bu çərçivədə əməkdaşlığı gələcəkdə daha da inkişaf etdirmək niyyətindəyik. Bu məqsədlə Azərbaycan parlamentinin Sədri Oqtay Əsədovu gələn il İsveçrəyə səfər etməyə dəvət etdim”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi