​İsveç XİN-in başçısı: "Şərq Tərəfdaşlığı" proqramının davam etməsinə dəstək vermək niyyətindəyik"

​İsveç XİN-in başçısı: "Şərq Tərəfdaşlığı" proqramının davam etməsinə dəstək vermək niyyətindəyik" Marqot Valstrem: "Rəsmi Stokholm proqramın uğurla davam etməsi üçün səylərini artıracaq"
Xarici siyasət
9 Fevral , 2016 13:41
​İsveç XİN-in başçısı: Şərq Tərəfdaşlığı proqramının davam etməsinə dəstək vermək niyyətindəyik

Bakı. 9 fevral. REPORT.AZ/ "İsveç Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramının davam etməsinə dəstək vermək niyyətindədir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Marqot Valstrem erməni həmkarı Edvard Nalbandyanla Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

İsveçli nazir qeyd edib ki, rəsmi Stokholm proqramın uğurla davam etməsi üçün səylərini artıracaq.

Qeyd edək ki, Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı Polşa və İsveçin təşəbbüsü ilə yaradılıb və Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusu əhatə edir. Proqram 2009-cu ilin mayından icra olunur.

Son xəbərlər

Orphus sistemi