Yuxarı

İstanbulda İƏT-in Qüdslə bağlı fövqəladə sammiti başlayıb

İstanbulda İƏT-in Qüdslə bağlı fövqəladə sammiti başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edir

Bakı. 13 dekabr. REPORT.AZ/ İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısı başlayıb.

“Report” xəbər verir ki, iclasda ABŞ prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı, bu qərardan sonra yaranmış vəziyyət və İƏT-in bununla bağlı görəcəyi işlər müzakirə olunur. 

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilən sammitə təşkilata üzv olan 57 ölkədən 48-nin təmsilçisi qatılıb. Onların arasında Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, İran prezidenti Həsən Ruhani, Fələstin Dövlətinin başçısı Mahmud Abbas, İordaniya kralı II Abdulla da var. Bir sıra ölkələr isə sammitdə parlament sədri, xarici işlər naziri və digər nazirlərlə təmsil olunurlar. 

Toplantının sonunda qətnamə qəbul ediləcək. Sammit başa çatandan sonra liderlərin mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsarilin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyi haqda qərar qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi