Yuxarı

İstanbulda “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda konfrans keçirilib

​İstanbulda“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda konf

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Türkiyənin İstanbul Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda konfrans keçirilib.

“Report”un Türkiyə bürosu xəbər verir ki, universitetin iqtisadiyyat fakültəsində keçirilən konfrans hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən universitetin iqtisadiyyat fakültəsinin dekan müavini Nurtac Yıldırım bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. O, ulu öndərin türk dünyası qarşısında tarixi missiyasından, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı naminə həyata keçirdiyi fəaliyyətdən danışıb. Vurğulanıb ki, Heydər Əliyev şəxsiyyətinin ucalığı bütün türkdilli xalqlar üçün qürur mənbəyidir.

Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən ölkə iqtisadiyyatının güclənməsi istiqamətində yürütdüyü doğru siyasət, ölkə başçısı İlham Əliyevin bu kursun uğurla davam etdirilməsi və onun müsbət nəticələri barədə məlumat verilib.

Hazırda Azərbaycanda davam etdirilən iqtisadi islahatlar, xarici investorlar üçün yaradılan şərait və ölkəmizin beynəlxalq iqtisadi meyarlara görə qabaqcıl mövqelərdə qərarlaşması da konfrans iştirakçılarının diqətinə çatdırılıb. İki qardaş ölkə arasında birgə həyata keçirilən enerji və nəqliyyat layihələrinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyə təhdid olan Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasəti və ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejim tərəfindən həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyət barədə məlumat verilib.

Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi