Yuxarı

İstanbul və İzmirdə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

İstanbul və İmzirdə Azərbaycanın ümumilli lider Heydər Əliyevin vəfatı
© Report

İstanbul şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.

“Report”un Türkiyə bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Sarıyer rayon bələdiyyəsinin sədri Şükrü Genc, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun sədri, professor Akkan Suver, hər iki ölkədən olan millət vəkilləri, siyasətçilər, beynəlxalq təşkilatların rəhbərləri, Türkiyədə yaşayan və səfərdə olan soydaşlarımız, tələbələr qatılıblar. 

Əvvəlcə ulu öndərin İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkındakı abidəsi ziyarət olunub. Ümumilli lider Heydər Əliyevin heykəli qarşısına qızılgül dəstələri qoyan ziyarətçilər onun ruhu qarşısında baş əyiblər. Daha sonra Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün büstü qarşısına gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. İstanbulda fəaliyyət göstərən Azərbaycan və Türkiyənin dövlət qurumları, SOCAR Türkiyə, "Azərbaycan Hava Yolları" QSC və s. müəssisə və təşkilatlar adından Heydər Əliyev Parkına gül çələngləri gətirilib.

Bundan başqa, İzmirin Karşıyaka səmtində yerləşən Heydər Əliyev Parkında da ümummilli liderin abidəsi ziyarət olunub, büstün önünə çiçək dəstələri qoyulub. Mərasimdə hər iki ölkədən siyasi xadimlər, millət vəkilləri, diaspora təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Mülazim Pahsa ulu öndərin keçdiyi şərəfli və keşməkeşli ömür yolundan danışıb, Azərbaycan xalqının həmrəyliyi, dövlətimizin möhkəmlənməsi yolunda yürütdüyü müdrik siyasət barəsində fikirlərini bölüşüb. 

Çıxışlarda həmçinin Heydər Əliyevlə bağlı xatirələr danışılıb, onun “bir millət iki dövlət" kəlamı ilə sağlam təməllər üzərində qurulan Türkiyə-Azərbaycan dostluq və qardaşlıq bağlarının inkişafına verdiyi əvəzolunmaz töhflərdən bəhs edilib.

Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi