Bakı. 12 sentyabr. REPORT.AZ/ İsrailin müdafiə naziri Avidqor Liberman bu gün Gürcüstana və Azərbaycana rəsmi səfərə yollanıb.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Müdafiə Nazirliyindən bildirilib.
A.Libermanın Bakıya səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə və müdafiə naziri Zakir Həsənovla görüşlər keçirəcəyi gözlənilir.