İsrailin baş nazirinin Azərbaycana işgüzar səfəri başa çatıb

İsrailin baş nazirinin Azərbaycana işgüzar səfəri başa çatıb Benyamin Netanyahu və xanımını Azərbaycanın Baş nazirinin müavini və digər rəsmi şəxslər yola salıblar
Xarici siyasət
13 Dekabr , 2016 20:18
İsrailin baş nazirinin Azərbaycana işgüzar səfəri başa çatıb

Bakı. 13 dekabr. REPORT.AZ/ İsrail Dövlətinin baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasına işgüzar səfəri dekabrın 13-də başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

Son xəbərlər

Orphus sistemi