İsrailin baş naziri: "Ümidvaram ki, razılaşdığımız kimi, bu il ərzində Azərbaycanda görüşə biləcəyik"

İsrailin baş naziri: "Ümidvaram ki, razılaşdığımız kimi, bu il ərzində Azərbaycanda görüşə biləcəyik" Benyamin Netanyahu: "Əminəm ki, ölkələrimizin əməkdaşlıq əlaqələri daha da genişlənəcək"
Xarici siyasət
27 May , 2016 16:29
İsrailin baş naziri: Ümidvaram ki, razılaşdığımız kimi, bu il ərzində Azərbaycanda görüşə biləcəyik

Bakı. 27 may. REPORT.AZ/ İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İsrail xalqı və hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin.

İsrail Azərbaycan ilə əlaqələrinə yüksək dəyər verir. Diplomatik əlaqələrin yaranmasının 24 ili ərzində biz həqiqi dostluq və qarşılıqlı maraqlara əsaslanan güclü, strateji tərəfdaşlıq münasibətləri yaratmışıq. Sizin rəhbərliyiniz ilə ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə yüksəlib. Əminəm ki, ölkələrimizin əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Ümidvaram ki, razılaşdığımız kimi, bu il ərzində Azərbaycanda görüşə biləcəyik.

Zati-aliləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü müstəqilliyiniz bərpa ediləndən bəri ölkənizin qazandığı nailiyyətlərin qeyd edilməsi üçün yaxşı imkandır. Bu əlamətdar gündə mən ölkələrimiz arasındakı dostluğa sadiqliyimi bir daha təsdiq edirəm. Sizə, ailənizə və xalqınıza rifah, uğur və davamlı inkişaf diləyirəm".

Son xəbərlər

Orphus sistemi