Yuxarı

İsrailin baş naziri Şəhidlər xiyabanını ziyarət edib

İsrailin baş naziri Şəhidlər xiyabanını ziyarət edib

924

Benyamin Netanyahu “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub

Bakı. 13 dekabr. REPORT.AZ/ İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu və xanımı Sara Netanyahu dekabrın 13-də Şəhidlər xiyabanını ziyarət ediblər.

"Report" xəbər verir ki, Baş nazir Benyamin Netanyahu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının mənzərəsini seyr edən İsrailin baş nazirinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi