İsraildəki yanğınları söndürmək üçün Azərbaycandan təyyarə göndərilib

İsraildəki yanğınları söndürmək üçün Azərbaycandan təyyarə göndərilib Bununla bağlı Prezident İlham Əliyev tapşırıq verib
Xarici siyasət
25 Noyabr , 2016 13:56
İsraildəki yanğınları söndürmək üçün Azərbaycandan təyyarə göndərilib

Bakı. 25 noyabr. REPORT.AZ/ İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işləri görülüb.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən bildirilib.

Təyyarə lazımi yanğınsöndürmə avadanlığı ilə birgə bu gün günorta saatlarında İsrail Dövlətinə yola düşüb.

Son xəbərlər

Orphus sistemi