İsrail səfiri Azərbaycanın bir sıra rayonlarına səfər edib

İsrail səfiri Azərbaycanın bir sıra rayonlarına səfər edib Dan Stav Ucar, Ağdaş və Göyçay rayonlarında olub
Xarici siyasət
28 Avqust , 2017 15:50
İsrail səfiri Azərbaycanın bir sıra rayonlarına səfər edib
Israil səfirliyi

Bakı. 28 avqust. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav Azərbaycanın bir sıra rayonlarına səfər edib.

İsrailin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir Ucar, Ağdaş və Göyçay rayonlarında olub. Səfərin əsas məqsədi regionlar və orada yaşayan insanlarla tanış olmaq, bu regionun iqtisadi potensialı barədə məlumat əldə etməkdir.

Səfər zamanı səfir Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ilə görüşüb. Görüşlər zamanı rayon rəhbərləri D.Stava rayonun iqtisadiyyatı və investisiyaların cəlb edilməsinə dair imkanlar haqqında məlumat veriblər.

D.Stav iqlim bənzərliyinə görə bu regionların əkin sahələrində İsraildə istifadə olunan texnologiya və təcrübədən yararlanmağın mümkün olduğunu vurğulayıb. O, rayon icra hakimlərinə kurslar keçməklə insan potensialının artırılması məqsədilə İsrail Beynəlxalq İnkişaf Agentliyi (MASHAV) ilə əməkdaşlığın gücləndirilməsini təklif edib.

İsrail səfiri həmçinin Göyçayda keçirilən nar ağaclarının yetişdirilməsi ilə bağlı seminarın işinə qatılıb. Seminarda iki israilli ekspert - İtshak Kosto və Yoav Qal da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi