Yuxarı

İranın Bakıdakı səfirliyində sabiq prezident Rəfsəncaninin ölümü ilə əlaqədar xatirə kitabı açılıb

İranın Bakıdakı səfirliyində sabiq prezident Rəfsəncaninin ölümü ilə əlaqədar xatirə kitabı açılıb
Cavad Cahangirzadə: Azərbaycan nümayəndə heyəti başsağlığını bildirmək üçün İrana səfər edəcək

Bakı. 10 yanvar. REPORT.AZ/ "Əli Əkbər Haşimi Rəfsəncaninin prezidentliyi dövründə Azərbaycanla İran arasındakı münasibətlər çox sürətlə inkişaf edib".

"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar səfirlikdə xatirə kitabını açdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti başsağlığını bildirmək üçün İrana səfər edəcək: "Biz qardaş ölkələrik və çətin günlərində daim bir-birimizin yanında oluruq. Azərbaycanla İran arasındakı münasibətlər daim inkişaf edir".

Səfir əlavə edib ki, mərhum prezidenti Dağlıq Qarabağ münaqişəsi zamanı regiona sülh və sabitlik gətirmək üçün səylər göstərib.

Qeyd edək ki, Ə.Rəfsəncani yanvarın 8-də Tehran xəstəxanalarından birində ürək tutmasından 81 yaşında dünyasını dəyişib. O, 1989-1997-ci illərdə İran prezidenti olub. Sabiq prezident son vaxtlar İranın ali dini lideri Əli Xameneyinin yanında müşavirə orqanına rəhbərlik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi