Yuxarı

İran Prezidenti: Xəzərin statusu ilə bağlı yaxın zamanlarda razılıq əldə etmək mümkündür

İran Prezidenti: Xəzərin statusu ilə bağlı yaxın zamanlarda razılıq əldə etmək mümkündür
İran və Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq yaxşı perspektivlərə malikdir

Bakı. 10 sentyabr. REPORT.AZ/ Xəzərin statusu ilə bağlı yaxın zamanlarda razılıq əldə etmək mümkündür.

"Report" xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Astanada azərbaycanlı həmkarı İlham Əliyev ilə keçirdiyi görüş zamanı bildirib.

İran və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğulayan İran Prezidenti ümidvar olduğunu bildirib ki, Xəzərin statusu ilə bağlı səylərimizi əlaqələndirərək yaxın zamanlarda bu sahədə razılıq əldə etmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi