Bakı. 27 yanvar. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı səfirliyi yeni ünvana köçürülüb.
Səfirlikdən "Report"a bildiriblər ki, bundan sonra səfirlik Həsən Əliyev küçəsi,15 ünvanında yerləşəcək. Hazırda köçürülmə ilə bağlı son işlər aparılır.
Səfirlikdən, həmçinin qeyd ediblər ki, bu həftə İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto diplomatik missiyasının başa çatması ilə əlaqədar ölkəni tərk edəcək.
Onun yerinə Hüsnan Vanani təyin olunub.