Yuxarı

İndoneziya səfiri Azərbaycanın xarici işlər nazirinin müavini və DSX rəhbəri ilə danışıqlar aparıb

İndoneziya səfiri Azərbaycanın xarici işlər nazirinin müavini və DSX rəhbəri ilə danışıqlar aparıb

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Bakı. 3 fevral. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.

İndoneziyanın Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin mümkünlüyü məsələsi müzakirə olunub.

Bundan başqa, H.B.Fanani Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general-polkovnik Elçin Quliyevlə görüşüb.

Görüşdə səfir iki ölkənin müvafiq qurumları arasında əlaqələrin inkişaf imkanlarını, eləcə də Azərbaycanda İndoneziya milli döyüş sənəti olan pençak-silat kimi döyüş idman növlərinin inkişafı məsələsinin müzakirə edib.

Səfir hazırda Azərbaycanda bu idman növü üzrə 31 məşqçi və 5000 tələbənin olduğunu deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi