Yuxarı

Hindistanın Azərbaycandakı səfiri Cəmmu və Kəşmirdəki vəziyyəti şərh edib

​Hindistanın Azərbaycandakı səfiri Cəmmu və Kəşmirdəki vəziyyəti şərh

Hindistan hökumətinin Cəmmu və Kəşmirlə bağlı ölkə Konstitusiyasının 370-cı maddəsinin bəzi müddəalarının tətbiq edilməməsi ilə bağlı son qərarı idarəetmənin və sosial-iqtisadi ədalətin yaxşılaşdırılmasına yönəlib.

"Report" xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna mübahisəli Cəmmu və Kəşmir ərazisi ətrafındakı vəziyyəti şərh edərkən bildirib.

Səfirin sözlərinə görə, bu addım inzibati vahidin sırf daxili məsələsidir.

"Bu, heç bir şəkildə Cəmmu və Kəşmirin sərhədlərini dəyişdirmir. Üstəlik, Hindistan konstitusiyasında edilən dəyişiklik millətin suveren hüququdur, qeyri-adi bir şey deyil, əksinə, normal prosesdir", - o deyib.

Səfir həmçinin bölgədəki son vəziyyətə də toxunaraq Cəmmu və Kəşmirin daimi elektrik enerjisi, su və dərman təchizatı ilə təmin olunduğunu qeyd edib.

"Reuters" agentliyinin məlumatına görə, Hindistan hökuməti regionun xüsusi statusunun ləğv edilməsinə qarşı çıxan bir qrup şəxsin BMT-nin hərbi müşahidəçilər heyətinin nümayəndəliyinə doğru planlaşdırılan etiraz yürüşü fonunda Cəmmu və Kəşmirdə təhlükəsizlik tədbirlərini gücləndirib.

Yürüş Hindistan hökumətinin ştatı ləğv edərək onun yerində bölgədə iki müttəfiq ərazini - Cəmmu və Kəşmir, eləcə də Ladakhı yaratmasından sonra Cəmmu və Kəşmirdə ilk belə kütləvi aksiyadır. Bu bölgənin ona məxsus olduğunu bildirin Pakistan isə Nyu-Dehlinin bu hərəkətini qınayıb.

Daha əvvəl Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohənd Hindistanın Kəşmirdəki hərəkətlərinin demoqrafik mənzərəni dəyişdirməyə istiqamətləndiyini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi