Yuxarı

Həştərxan vilayətinin qubernatoru Azərbaycana gələcək

Həştərxan vilayətinin qubernatoru Azərbaycana gələcəkdir

Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin dekabrın 12-13-də Azərbaycanda səfərdə olacaq.

“Report” qubernatorun mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaq hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Həmçinin vilayət başçısı Bakıda Həştərxan işgüzar mərkəzinin tikintisi ilə tanış olacaq, Bakı-Həştərxan dostluq parkına baş çəkəcək.

Bundan əlavə, İ.Babuşkin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərləri ilə danışıqlar aparacaq, İqtisadiyyat Nazirliyində ikitərəfli əməkdaşlığa dair müşavirədə iştirak edəcək.

Danışıqlar zamanı iqtisadi-ticarət əməkdaşlığın və nəqliyyat əlaqələrinin genişləndirilməsi, turizm, təhsil, mədəniyyət sahələrində təmasların artırılması kimi məsələlər müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi