Yuxarı

Həştərxan vilayətinin nümayəndələri Azərbaycana gələcək

Həştərxan vilayətinin nümayəndələri Azərbaycana gələcək

1851

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru əvəzi Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 18-19-da Azərbaycana səfər edəcək.

“Report” vilayət rəhbərliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan hökuməti ilə Həştərxan vilayəti hökuməti arasındakı iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlığa dair sazişin əlaqəli şəkildə həyata keçirilməsinə dair danışıqlar aparılacaq.

Həştərxan vilayətinin Azərbaycanla əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, həmçinin qarşılıqlı sərmayə yatırımlarında, turizm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində, Bakı – Həştərxan təyyarə reyslərinin bərpasında maraqlı olduğu da qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi