Yuxarı

Hanne Yunker: "Avropa Şurası Azərbaycanın məhkəmə sisteminə dəstək verməyə hazırdır"

Hanne Yunker: "Avropa Şurası Azərbaycanın məhkəmə sisteminə dəstək verməyə hazırdır"

"Bu layihənin məqsədi ondan ibarətdir ki, Azərbaycanda məhkəmə sistemi təkmilləşdirilsin, səmərəliliyi artırılsın. Bu layihə nəticələr əsasında iş qurur". 

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat konfransında Avropa Şurasının Ədliyyə və hüquqi əməkdaşlıq departamentinin rəhbəri Hanne Yunker deyib.

Onun sözlərinə görə, Avropa Şurası bu layihəyə dəstək verməyə hazırdır, buna imkan da var. H.Juncher qeyd edib ki, bu işlə məşğul olan avropalı ekspertlər Azərbaycandakı məhkəmə sistemi bağlı təcrübəyə malikdirlər. O, Azərbaycan hakimiyyətinə xüsusi təşəkkürünü bildirib: "Hakimiyyət bu məsələdə birgə işə dəstək verir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi