Tbilisi. 18 dekabr. REPORT.AZ/ “Gürcüstanın Türkiyə və Azərbaycanla ənənəvi mehriban qonşuluq münasibətləri getdikcə daha da dərinləşir”.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Tbilisidə keçirilən Gürcüstanın diplomatik nümayəndəlikləri və konsulluq idarələri rəhbərlərinin ənənəvi illik konfransında ölkənin Baş naziri Mamuka Baxtadze deyib.
O, bu il qonşu Azərbaycan və Ermənistana uğurlu səfərlərin həyata keçirildiyini qeyd edib.
Baş nazir deyib ki, Gürcüstan inadla
M.Baxtadze gürcü diplomatlarının ölkənin suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunması işinə böyük töhfə verdiklərini vurğulayıb.