Gürcüstandan 180-ə yaxın Azərbaycan vətəndaşı təxliyə ediləcək

Gürcüstandan 180-ə yaxın Azərbaycan vətəndaşı təxliyə ediləcək Gürcüstanda olan 178 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi prosesinə hazırlıq işləri görülür.
Xarici siyasət
22 İyun , 2020 10:57
Gürcüstandan 180-ə yaxın Azərbaycan vətəndaşı təxliyə ediləcək
Report

Gürcüstanda olan 178 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi prosesinə hazırlıq işləri görülür.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün Azərbaycanın Gürcüstandakı səfirliyində vətəndaşlar növbəli şəkildə koronavirus testindən keçirilirlər.

COVID-19-la bağlı götürülən analiz nümunələri Gürcüstan Xarici İşlər Nazirliyinin tövsiyə etdiyi laboratoriyada yoxlanılacaq. Günün ikinci yarısında nəticələr məlum olacaq. Yalnız testin cavabı neqativ çıxan şəxslər sabah avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar. Vətəndaşlar arasında yaşlılar, qadınlar və yeniyetmələr üstünlük təşkil edir.

Səfirlikdən bildirilib ki, PCR testinin nəticəsi 48 saat qüvvədə olacaq. Azərbaycana daxil olacaq vətəndaşlara ölkədəki xüsusi karantin rejimi ilə bağlı olaraq bir günlük sərbəst hərəkət etməklə bağlı icazə veriləcək.

Gürcüstanda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir. Növbəti qrupun da mərhələli şəkildə Azərbaycana çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı digər ölkələrdən Gürcüstan vasitəsilə Vətənə təxliyə olunub. Gürcüstandan isə 30 Azərbaycan vətəndaşının ölkəyə çatdırılması təmin olunub. 

Son xəbərlər

Orphus sistemi