Gürcüstandakı prezident seçkiləri ilə bağlı Azərbaycanda üç seçki məntəqəsi yaradılıb

Gürcüstandakı prezident seçkiləri ilə bağlı Azərbaycanda üç seçki məntəqəsi yaradılıb Tbilisi. 24 oktyabr. REPORT.AZ/ Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində üç seçki məntəqəsi yaradılıb.
Xarici siyasət
24 Oktyabr , 2018 14:36
Gürcüstandakı prezident seçkiləri ilə bağlı Azərbaycanda üç seçki məntəqəsi yaradılıb
0 : 00
0 : 00

Tbilisi. 24 oktyabr. REPORT.AZ/ Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində üç seçki məntəqəsi yaradılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Vladimir Konstantinidi deyib. 

O, Azərbaycanda 7700 Gürcüstan vətəndaşının konsulluq qeydiyyatında olduğunu bildirib.

V.Konstantinidi qeyd edib ki, seçkilərlə əlaqədar ümumilikdə 39 ölkədə 56 seçki məntəqəsi açılacaq: “Bu gün dünya üzrə 53 139 Gürcüstan vətəndaşı konsulluq qeydiyyatındadır. Azərbaycan və Yunanıstanda Gürcüstan vətəndaşlarının daha çox olması səbəbindən bu ölkələrin hər birində üç seçki məntəqəsi yaradılıb”.

XİN nümayəndəsi əlavə edib ki, xarici ölkələrdə konsulluq qeydiyyatında olmayan Gürcüstan vətəndaşları prezident seçkiləri üzrə səsvermədə iştirak etmək üçün elektron qaydada ödənişsiz qeydiyyatdan keçə bilərlər. 

Son xəbərlər

Orphus sistemi