Gürcüstanda Azərbaycanın Respublika Günü qeyd olunur.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, iş adamları və ictimaiyyət nümayəndələri Tbilisidə
Mərasimdə Gürcüstanda səfərdə olan Azərbaycanın 20-yə yaxın
QHT nümayəndələri Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) elan olunduğu indiki Gənclər sarayına baş çəkəcək, AXC qurucuları olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin Botanika bağında yerləşən panteondakı məzarları ziyarət olunaraq xatirələri ehtiramla yad ediləcək.
Respublika Gününə həsr olunmuş tədbirlər Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində davam etdiriləcək. Burada Azərbaycan və Gürcüstan QHT-ləri arasında görüş, gürcü fotoqrafların Azərbaycanla bağlı fotolarından ibarət sərgi və Azərbaycanın milli geyimlərinin nümayişi keçiriləcək.
Azərbaycan səfirliyi tərəfindən AXC-nin 101 illiyinə həsr olunmuş rəsmi qəbul da təşkil olunacaq. Tədbirdə Gürcüstanın hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.