Yuxarı

Gürcüstan prezidenti baş nazirin Azərbaycana səfərinin yekunlarını alqışlayıb

Gürcüstan prezidenti baş nazirin Azərbaycana səfərinin yekunlarını alqışlayıb

Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir Giorgi Qaxarianın Azərbaycana səfərinin yekunlarını alqışlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, David Qareci (Keşikçi dağ) kompleksindəki məbədlərin Gürcüstan ictimaiyyəti üçün açılması Azərbaycanla sərhəd məsələsində irəliyə doğru atılan növbəti addımdır.

S.Zurabişvili qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: “Əminəm ki, birgə səylər nəticəsində tərəflər iki dost ölkənin maraqlarına cavab verən çıxış yolunu mütləq tapacaqlar”.

Qeyd edək ki, Gürcüstanın baş naziri Keşikçi Dağı Məbəd-Kompleksindəki məbədlərin gürcü zəvvarlar üçün sabahdan etibarən açılacağını bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi