​Gürcüstan milli müstəqillik gününü qeyd edir - FOTO

​Gürcüstan milli müstəqillik gününü qeyd edir - FOTO Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn də iştirak edib və təbriklərini çatdırıb
Xarici siyasət
26 May , 2016 18:57
​Gürcüstan milli müstəqillik gününü qeyd edir - FOTO

Tbilisi. 26 may. REPORT.AZ/ Gürcüstan xalqı milli müstəqillik gününü qeyd edir. "Report" xəbər verir ki, bu münasibətlə Tbilisidəki Azadlıq meydanında hərbi parad və bayram konserti təşkil olunub.

Bayram tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn də iştirak edib və ölkənin dövlət və hökumət rəhbərlərinə təbriklərini çatdırıb.

Tbilisidəki “Ceyran” rəqs qrupunun kollektivi, aşıq Məsim Rəcəbov bayram münasibətilə təşkil olunmuş konsertdə Azərbaycan və gürcü mahnı və rəqslərini məharətlə ifa ediblər. Azərbaycanlıların çıxışları alqışlarla qarşılanıb.

Gürcüstan Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin helikopterləri havada şou göstəriblər. Paradda “Noble Partner 2016" hərbi təlimlərində iştirak etmək üçün bu ölkəyə gətirilmiş ABŞ-ın məşhur “Abrams” tankları, “Bradley” piyadaların döyüş maşınları və digər döyüş texnikası nümayiş etdirilib. Gənc əsgərlər hərbi and içiblər.

Prezident Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili Gürcüstan əhalisini və hərbçiləri təbrik edib, ölkənin inkişaf perspektivlərindən söz açıblar.

Bayram münasibətilə paytaxtın küçə və prospektlərində şənliklər, əyləncəli proqramlar, kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.

Son xəbərlər

Orphus sistemi