Yuxarı

Gürcüstan Azərbaycana yeni baş konsul təyin edib

Gürcüstan Azərbaycana yeni baş konsul təyin edib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Gürcüstanın yeni təyin edilmiş baş konsulu Nikoloz İaşvilini qəbul edib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı Nikoloz İaşvili baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə baş konsul Nikoloz İaşviliyə gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi