Yuxarı

Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək

​Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün müşahidəçilər göndərəcək.

Bunu “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstan MSK-nın mətbuat katibi Anna Mikeladze deyib. 

Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycan MSK-dan artıq dəvət alıb: “Gürcüstan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Azərbaycandakı bələdiyyə seçkilərini mütləq müşahidə edəcəklər. Azərbaycana neçə müşahidəçinin göndəriləcəyi barədə hələlik qərar qəbul edilməyib”.

Qeyd edək ki, ötən gün Azərbaycan MSK-nın sədri Məzahir Pənahov bələdiyyə seçkilərində müşahidəçilərin iştirakı ilə bağlı 15 ölkənin MSK-sına dəvətlər göndərildiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi