Yuxarı
    Bağlamaq

    GUAM-a sədrlik Ukraynaya keçib

    Dinlə
    © Report

    Bakı. 7 dekabr. REPORT.AZ/ Moldova Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatda (GUAM) sədrliyi Ukraynaya verib.

    Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.

    "GUAM çərçivəsində mövcud olan ənənə, konsensus əsasında işləmək təşkilata üzv dövlətlərə həm regional, həm də beynəlxalq səviyyədə məhsuldar və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə imkan verəcək", - Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin bəyanatında deyilir.

    Moldova XİN başçısı Tudor Ulyanovski ukraynalı həmkarlarına uğurlar arzulayaraq, GUAM-ın üzv ölkələr və onların vətəndaşlarının maraqları naminə əməkdaşlığı möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

    Qeyd edək ki, GUAM-a Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi