Yuxarı

GMİ sədri: “Yad qüvvələr məqsədyönlü şəkildə Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışırlar”

GMİ sədri: “Yad qüvvələr məqsədyönlü şəkildə Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışırlar”

“Yad təsirlər altında olan qüvvələr məqsədyönlü şəkildə Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışırlar”.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri, şeyx Hacı Ramin İgidov Keşikçi Dağı Məbəd-Kompleksində baş verən son insidenti şərh edərkən bildirib.

O, sərhəddə yaşanan insidentin çox xoşagəlməz hal olduğunu deyib: “Azərbaycan və Gürcüstan arasında tarixən çox yaxşı münasibətlər olub. İki ölkə strateji müttəfiqdir. Azərbaycan bir çox məsələlərdə Gürcüstanın maraqlarını qoruyur. Azərbaycan Gürcüstan iqtisadiyyatının gücləndirilməsi və əhalisinin rifahının yaxşılaşdırılması üçün bu vaxta qədər bir çox mühüm addımlar atıb”.

GMİ sədrinin fikrincə, sərhəddə baş verən insident zamanı Gürcüstan vətəndaşlarının hərəkətində müəyyən nifrət hissi müşahidə olunub: “Bu, bəlkə də, dini hisslərin oyanması idi. Ya da təhrik olunmuşdu, belə ki, təbii deyildi. Azərbaycan sərhədçiləri insident zamanı çox təmkinli davrandılar və biz bunu alqışlayırıq”.

Onun sözlərinə görə, Gürcüstan azərbaycanlıları da bu vəziyyətdən son dərəcədə narahatdırlar: “Gürcüstan ictimaiyyəti bu məsələdə soyuqqanlı olmalıdır. Gürcüstan dövləti əhali arasında məlumatlandırma işi aparıb Azərbaycanın yad ölkə olmadığını xatırlatmalıdır. Azərbaycan Gürcüstana böyük önəm verir və qonşu ölkəyə dəstək və yardımını heç zaman əsirgəməyib. Gürcüstan xalqı da bunu bilməlidir”.

R.İgidov qeyd edib ki, Gürcüstan patriarxlığında Keşikçidağla bağlı keçirilən görüşdə bəzi gürcü dindarların fikirləri ilə bağlı GMİ-nin narahatlığı diqqətə çatdırılıb: “Patriarxlıq nümayəndələri bildirdilər ki, bəzi gürcü dindarların Keşikçidağla bağlı fikirləri Gürcüstan patriarxlığının mövqeyini əks etdirmir. Patriarxlıq həmin dindarların səsləndirdikləri bəzi fikirlərlə bağlı narahatlığını ifadə edib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi