Fransanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

Fransanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib Fransanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Zaxari Qross Bakıya gəlib.
Xarici siyasət
19 Sentyabr , 2019 11:12
Fransanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

Fransanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Zaxari Qross Bakıya gəlib.

"Report"un Fransa bürosunun məlumatına görə, diplomat etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Z.Qross bu təyinatadək Fransa Müdafiə Nazirliyinin Strateji, Təhlükəsizlik və Silahsızlaşdırma İdarəsi müdirinin Silahsızlaşdırma və nüvə silahlarının məhdudlaşdırılması məsələləri üzrə müavini işləyib.

Bundan əvvəl Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe olub. 

Son xəbərlər

Orphus sistemi