​Fransa səfiri: "Azərbaycanla Fransa arasında münasibətlər bütün sahələrdə inkişaf edir"

​Fransa səfiri: "Azərbaycanla Fransa arasında münasibətlər bütün sahələrdə inkişaf edir" Bakıda Fransanın milli bayramı - Bastiliyanın alınması günü qeyd edilib
Xarici siyasət
14 İyul , 2015 20:51
​Fransa səfiri: Azərbaycanla Fransa arasında münasibətlər bütün sahələrdə inkişaf edir

Bakı. 14 iyul. REPORT.AZ/ Bakıda Fransanın milli bayramı - Bastiliyanın alınması günü qeyd edilib.

"Report"un məlumatına görə, tədbiri Fransanın Azərbaycandakı səfiri Paskal Mönye açaraq ölkəsinin inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. O qeyd edib ki, Azərbaycanla Fransa arasında münasibətlər bütün sahələrdə inkişaf edir. 

İki ölkə arasındakı əlaqələrdən danışan diplomat qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin və danışıqların münasibətlərin inkişafına əlverişli zəmin yaratdığını bildirib.

P.Mönye Azərbaycanı I Avropa Oyunlarını uğurla keçirməsi münasibətilə təbrık edib. O bildirib ki, Fransa Azərbaycana dəstək olaraq Oyunlarda böyük - 250 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub və 5-ci pilləyə sahib olub. P.Mönye Vyanada "altılıq"la İran arasında nüvə proqramına dair tarixi anlaşmanın əldə olunmasını qeyd edib.

O xatırladıb ki, bu günlər Kann şəhərində Azərbaycan günləri keçirilir. Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edir.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva əlamətdar gün münasibətilə Azərbaycan hökuməti adından Fransa xalqını təbrik edib. O, Avropa tarixinin və mədəniyyətinin formalaşmasında Fransanın vacib ölkələrdən biri olduğunu diqqətə çatdırıb. Nazir müavini iki ölkə arasında əlaqələrin dərin tarixi köklərinin olduğunu, müxtəlif sahələrdə, xüsusilə elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.

Dağlıq Qarabağ probleminin nizamlanmasına toxunan S.Məmmədəliyeva deyib: "İnanırıq ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə töfhə verəcək".  

Son xəbərlər

Orphus sistemi