Yuxarı
    Bağlamaq

    Estoniya XİN başçısı Azərbaycana səfər edəcək

    Sven Mikser Asiya qəlbi - İstanbul prosesi çərçivəsində 7-ci nazirlər toplantısında Aİ-ni təmsil edəcək

    Bakı. 16 noyabr. REPORT.AZ/ Estoniyanın xarici işlər naziri Sven Mikser Azərbaycana səfərə gələcək.

    Estoniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, S.Mikser "Asiya qəlbi" - İstanbul prosesi çərçivəsində 7-ci nazirlər toplantısında Avropa İttifaqını (Aİ) təmsil edəcək.

    Xatırladaq ki, Estoniya hazırda Avropa İttifaqı Şurasının sədridir.

    Bakıdakı nazirlər toplantısının əsas mövzusu "Asiyanın qəlbi" regionunda təhlükəsizlik və iqtisadi əlaqələr olacaq.

    Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstan ilə birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə, həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək səviyyəli qonaqlar, o cümlədən Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni gələcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi