Yuxarı

Estoniya növbəti "Şərq Tərəfdaşlığı" sammitinin Brüsseldə keçirilməsini təklif edib

Estoniya növbəti "Şərq Tərəfdaşlığı" sammitinin Brüsseldə keçirilməsini təklif edib

XİN başçısı: Bütün Aİ ölkələrinin cəlb olunması məqsədilə sammitin Brüsseldə keçirilməsini istərdik

Bakı. 26 oktyabr. REPORT.AZ/ Estoniya tərəfi növbəti "Şərq tərəfdaşlığı" sammitinin əvvəlcədən planlaşdırıldığı kimi, Tallində yox, Brüsseldə keçirilməsini təklif edib.

"Report" Estoniya KİV-inə istinadən xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Yürgen Liqi bildirib.

"Məsələnin yalnız Şərqi Avropa yox, bütünlükdə Avropa İttifaqı ölkələrinin cəlb edilməsi ilə müzakirə olunması üçün sammitin Brüsseldə keçirilməsini istəyirik. Bu məsələnin bütün Avropa üçün əhəmiyyət kəsb etməsi zəruridir" - Y.Liqi parlamentdəki çıxışında vurğulayıb.

Qeyd edək ki, "Şərq tərəfdaşlığı" sammitinin 2017-ci ilin ikinci yarısında, Estoniya Aİ-də sədrlik edən vaxt keçirilməsi planlaşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi