Elmar Məmmədyarov: "İşğal olunmuş bütün kəndlərin geri qaytarılacağına və bərpa olunacağına əminəm"

Elmar Məmmədyarov: "İşğal olunmuş bütün kəndlərin geri qaytarılacağına və bərpa olunacağına əminəm" "Kəndlərin bərpası ilə Azərbaycan hökuməti məşğul olacaq, sonradan bu prosesə beynəlxalq təşkilatlar da qoşula bilər"
Xarici siyasət
31 Yanvar , 2017 12:50
Elmar Məmmədyarov: İşğal olunmuş bütün kəndlərin geri qaytarılacağına və bərpa olunacağına əminəm

Bakı. 31 yanvar. REPORT.AZ/ "Bu, yalnız ilk addımdır. İşğal olunmuş bütün kəndlərin geri qaytarılacağına və bərpa olunacağına əminəm".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin azad edilməsi məsələsinə şərh verərkən bildirib.

O, kəndlərin bərpası ilə ilk növbədə Azərbaycan hökumətinin məşğul olacağını, sonradan bu prosesə beynəlxalq təşkilatların da qoşula biləcəyini bildirib. "İlk öncə onları hansı formada bu prosesə cəlb etmək lazım olduğunu bilməliyik" - XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi