Yuxarı

Elmar Məmmədyarov Gürcüstanın XİN başçısı ilə görüşür

Elmar Məmmədyarov Gürcüstanın XİN başçısı ilə görüşür
Nazirlər ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər
© Report.az

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın XİN başçısı Mixeil Canelidze ilə görüş keçirir.

"Report" xəbər verir ki, görüş Bakıda baş tutacaq Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində keçirilir.

Nazirlər Azərbaycan və Gürcüstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, bir sıra birgə layihələri, habelə aktual regional məsələləri müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi