Yuxarı

Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başa çatıb

Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başa çatıb

Əhməd Davudoğlunu baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar

Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Ə.Davudoğlunu və xanımı Sare Davudoğlunu hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi