Yuxarı

Əfqanıstan prezidentinin Azərbaycana səfəri başa çatıb

Məhəmməd Əşrəf Qanini maliyyə naziri Samir Şərifov və digər rəsmi şəxslər yola salıblar

Bakı. 1 dekabr. REPORT.AZ/ Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycan Respublikasına səfəri dekabrın 1-də başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanini hava limanında Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistandakı və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər yola salıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi