Yuxarı

Dövlət naziri: “Gürcüstan və Azərbaycan arasında həll oluna bilinməyən problemlər yoxdur”

​Dövlət naziri: “Gürcüstan və Azərbaycan arasında həll oluna bilinməyə

“Hesab edirəm ki, Gürcüstan və Azərbaycan arasında həll oluna bilinməyən problemlər yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili jurnalistlərin Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, cari məsələlər danışıqlar, mehriban qonşuluq və dialoq şəraitində həll edilməlidir.

Dövlət naziri qeyd edib ki, iki ölkə arasında sərhədlə bağlı danışıqlar çox intensiv gedir: “Bu çox mürəkkəb məsələdir. Əminəm ki, razılıq əldə olunacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi