Dövlət naziri: “Gürcüstan və Azərbaycan arasında həll oluna bilinməyən problemlər yoxdur”

Dövlət naziri: “Gürcüstan və Azərbaycan arasında həll oluna bilinməyən problemlər yoxdur” “Hesab edirəm ki, Gürcüstan və Azərbaycan arasında həll oluna bilinməyən problemlər yoxdur”.
Xarici siyasət
14 Oktyabr , 2019 13:30
Dövlət naziri: “Gürcüstan və Azərbaycan arasında həll oluna bilinməyən problemlər yoxdur”

“Hesab edirəm ki, Gürcüstan və Azərbaycan arasında həll oluna bilinməyən problemlər yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili jurnalistlərin Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, cari məsələlər danışıqlar, mehriban qonşuluq və dialoq şəraitində həll edilməlidir.

Dövlət naziri qeyd edib ki, iki ölkə arasında sərhədlə bağlı danışıqlar çox intensiv gedir: “Bu çox mürəkkəb məsələdir. Əminəm ki, razılıq əldə olunacaq”.

Son xəbərlər

Orphus sistemi