Dövlət Komitəsinin sədri xaricdə yaşayan azərbaycanlı iş adamlarının forumunun təxirə salınmasının səbəbini açıqlayıb

Dövlət Komitəsinin sədri xaricdə yaşayan azərbaycanlı iş adamlarının forumunun təxirə salınmasının səbəbini açıqlayıb Nazim İbrahimov: “Dünyada bu qədər azərbaycanlı iş adamı olduğu halda onlardan 100-200 nəfərini Bakıya dəvət etmək heç də yaxşı hal deyil”
Xarici siyasət
21 Avqust , 2017 11:53
Dövlət Komitəsinin sədri xaricdə yaşayan azərbaycanlı iş adamlarının forumunun təxirə salınmasının səbəbini açıqlayıb

Bakı. 21 avqust. REPORT.AZ/ “Azərbaycanlı iş adamlarının forumunun keçirilməsi ilə bağlı təşəbbüs yenidir. Belə təşəbbüslərin hər zaman korrektəyə ehtiyacı olur. Yəni, yeni vəziyyət ortaya çıxır. Görünür ki, bu işlərin üzərində daha yaxşı çalışmaq lazımdır”.

“Report”un xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

O vurğulayıb ki, dünyada azərbaycanlı iş adamlarının sayı xeylidir: “Dünyada bu qədər azərbaycanlı iş adamı olduğu halda onlardan yalnız 100-200 nəfərini Bakıya dəvət etmək heç də yaxşı hal deyil. Digərləri bizdən küsə bilərlər. Ona görə də bu tədbiri keçirmək üçün daha geniş formada çalışmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi