Yuxarı

Dövlət başçısı: "İqtisadi baxımdan müstəqil olmayan ölkə müstəqil xarici siyasət yürüdə bilməz"

Dövlət başçısı: "İqtisadi baxımdan müstəqil olmayan ölkə müstəqil xarici siyasət yürüdə bilməz"
Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox artıb, bu, dünya miqyasında rekorddur”

Bakı. 15 mart. REPORT.AZ/ “Biz əvvəlki illərdə daha çox iqtisadi müstəqilliyə diqqət edirdik. Ölkə iqtisadi baxımdan müstəqil olmazsa, o ölkə müstəqil xarici siyasət yürüdə bilməz”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VI Qlobal Bakı Forumunda deyib.

“Azərbaycanın iqtisadi artımı elə bir imkan yaratdı ki, biz müstəqil xarici siyasəti uğurla həyata keçirək. Bu siyasət Azərbaycan xalqının maraqlarına əsaslanır, universal dəyərlərdən qaynaqlanır. Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox artıb, bu, dünya miqyasında rekorddur”, - dövlət başçısı bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi