Deputat: "Ümid edirəm ki, Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu bu çağırışda daha fəal olacaq"

Deputat: "Ümid edirəm ki, Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu bu çağırışda daha fəal olacaq" "Dostluq qrupunun veb-saytının yaradılması, eləcə də yeni iştirakçıların cəlb olunması planlaşdırılır"
Xarici siyasət
19 Yanvar , 2015 17:33
Deputat: Ümid edirəm ki, Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu bu çağırışda daha fəal olacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ "Ümid edirəm ki, Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Ali Radanın bu çağırışında daha fəal olacaq".

Bu barədə "Report"a Ukrayna Ali Radasının deputatı, Gömrük və Vergi Siyasəti üzrə Komitənin sədri Roman Nəsirov bildirib.

Onun sözlərinə görə, hazırda dostluq qrupu formalaşma mərhələsindədir: "Mən qrupa daxil olmaq üçün artıq ərizə vermişəm və ona rəhbərlik etməyə çalışacam".

R.Nəsirov vurğulayıb ki, dostluq qrupunun əsas fəaliyyət istiqamətləri Azərbaycan və Ukrayna arasında münasibətlərin qorunması və inkişafı, eləcə də iqtisadi münasibətlərin möhkəmləndirilməsi olacaq. 

O, həmçinin qeyd edib ki, dostluq qrupunun veb-saytının yaradılması, eləcə də yeni iştirakçıların cəlb olunması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi