Yuxarı

Dağıstan Respublikasının başçısı vəzifəsinin müvəqqəti icraçısı Azərbaycan Prezidentini təbrik edib

Dağıstan Respublikasının başçısı vəzifəsinin müvəqqəti icraçısı Azərbaycan Prezidentini təbrik edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, məktubda deyilir:

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə çoxmillətli Dağıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin yorulmaz səyləriniz, ölkənin milli maraqlarına və vətəndaşların firavanlığına qayğınız sayəsində gələcəyə istiqamətlənən, sosial-iqtisadi və mədəni inkişaf sahəsində sanballı uğurlar qazanan Azərbaycan dünya birliyində layiqli yer tutur. Qonşumuz Azərbaycanın uğurlarına biz də ürəkdən sevinirik. Sizin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə böyük şəxsi töhfənizi, qarşılıqlı faydalı iqtisadi və humanitar layihələr həyata keçirmək, tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək səylərinizi Dağıstanda yüksək qiymətləndirirlər.

Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul edin.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi