Daha 130 azərbaycanlı Rusiyadan təxliyə olundu - YENİLƏNİB

Daha 130 azərbaycanlı Rusiyadan təxliyə olundu - YENİLƏNİB Rusiyadan təxliyə edilən 130 Azərbaycan vətəndaşı iki ölkənin sərhədini keçib.
Xarici siyasət
9 iyun 2020 09:13
Daha 130 azərbaycanlı Rusiyadan təxliyə olundu - YENİLƏNİB

Rusiyadan təxliyə edilən 130 Azərbaycan vətəndaşı iki ölkənin sərhədini keçib.

“Report” xəbər verir ki, həmin şəxslər qaydalara uyğun olaraq karantinə yerləşdiriliblər.


*** 12:17

Bu gün daha 130 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunacaq. 

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib.

O bildirib ki, hazırda Rusiya-Azərbaycan sərhədində olan soydaşlarımız avtobuslar vasitəsilə buraxılış məntəqəsinə aparılıb: "Gün ərzində sərhədi keçənlərin sayında artım ola bilər. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”.

Qeyd edək ki, sonuncu dəfə Rusiyadan 120 Azərbaycan vətəndaşı təxliyə olunub. 

Orphus sistemi