Yuxarı

Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO

Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO
Rodriqo Maya deyib ki, Braziliya Azərbaycanla münasibətləri, xüsusi ilə ticarət sahəsində əlaqələri inkişaf etdirməkdə maraqlıdır

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya Fəxri xiyabanı ziyarət edib.

"Report"un məlumatına görə, R.Maya ümumilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub. 

Görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri həmçinin Şəhidlər xiyabanı da ziyarət edib, Əbədi məşəl kompleksi qarşısına əklil qoyub.

R.Maya jurnalistlərə açıqlamasında deyib ki, Braziliya Azərbaycanla münasibətləri, xüsusi ilə ticarət sahəsində əlaqələri inkişaf etdirməkdə maraqlıdır.

Bakı ilə Rio-de-Janeyro qardaşlaşmış şəhərlər olduğunu xatırladan R.Maya Azərbaycana səfərindən məmnun olduğunu vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi