Böyük Britaniyanın səfiri: "Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyirik"
Böyük Britaniyanın səfiri: "Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyirik"Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyir.
"Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyir".
Bu barədə "Report"a Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik fəaliyyəti çərçivəsində proses mövcuddur. Biz öz tərəfimizdən hər iki tərəfi həmsədrlər tərəfindən təklif edilmiş prinsiplər əsasında sülh nizamlanması prosesində iştirakı davam etdirməyə çağırırıq", - deyə səfir bildirib.