BMT rəsmisi: "Son 20 ildə dünyada zorla didərgin salınan insanların sayı 2 dəfə artıb"

BMT rəsmisi: "Son 20 ildə dünyada zorla didərgin salınan insanların sayı 2 dəfə artıb" Azərbaycana sığınan beynəlxalq qaçqınlar zəruri xidmətlərə, o cümlədən ibtidai və orta təhsilə, ilkin tibbi yardım xidmətlərinə çıxış imkanlarına malikdirlər.
Xarici siyasət
20 İyun , 2019 16:33
BMT rəsmisi: Son 20 ildə dünyada zorla didərgin salınan insanların sayı 2 dəfə artıb

"Azərbaycana sığınan beynəlxalq qaçqınlar zəruri xidmətlərə, o cümlədən ibtidai və orta təhsilə, ilkin tibbi yardım xidmətlərinə çıxış imkanlarına malikdirlər".

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, BMT qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində hökumətin ehtiyac duyduğu istənilən yardımı göstərməyə hazırdır.

Q.İsakzai vurğulayıb ki, son 20 ildə dünyada zorla didərgin salınan insanların sayı 2 dəfə artıb. 

Son xəbərlər

Orphus sistemi